Almaniya

Müller bu komandaya təklif olunub: Niyə “yox” deyiblər?

Amerikanın “Filadelfiya Union” klubunun idman direktoru Ernst Tanner “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Tomas Müllerin mümkün transferi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Sky Sport Germany” sitat gətirib.

“Mənə Tomas Müller də təklif olunmuşdu. Onun agentləri ilə hələ də yaxşı münasibətim var. Amma bizim üçün bu, maliyyə baxımından tamamilə qeyri-real razılaşmadır. Biz oyunçuları inkişaf etdirən və hər il liqada ikinci ən kiçik büdcəyə malik olan klubuq.

Bundan əlavə, komandanı da nəzərə almaq lazımdır: əgər kimsə birdən başqalarından əhəmiyyətli dərəcədə çox qazanmağa başlayırsa, sual yaranır – niyə başqaları buradadır? Tomas Müller kimi böyük futbolçu uyğun kluba getməlidir. Bunlar “Los Anceles”, “Nyu York” və ya  “İnter Mayami” ola bilər.

“Los Anceles “Bavariya”nın tərəfdaş klubudur. O, ora getməsəydi, təəccüblənərdim”, – Tanneri deyib.

Xatırladaq ki, 35 yaşlı alman futbolçu iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilən 2025-ci il klublararası dünya çempionatında komanda çıxışını başa vurduqdan sonra “Bavariya”nı azad agent kimi tərk edəcək.

Aut.az