Keyn ÇL-in favoritlərinin adlarını açıqladı
“Bavariya”nın hücumçusu Harri Keyn 2025/26 mövsümündə Çempionlar Liqasının favoritləri barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, mükafata namizəd olaraq Münhen təmsilçisi ilə yanaşı 5 komandanın adını çəkib:
“Düşünürəm ki, bu Çempionlar Liqası da hər il olduğu kimi olacaq. “Bavariya” PSJ, ‘Real’, ‘Barselona’, ‘Man Siti’ və ‘Liverpul’ ilə birlikdə titul uğrunda mübarizə aparacaq. Bütün böyük komandalar trofey uğrunda yarışacaq. Hələ finala çox var.
Biz ayın sonunda keçiriləcək püşkü səbirsizliklə gözləyirik ki, Çempionlar Liqasında kimlərlə oynayacağımızı öyrənək. Addım-addım düzgün istiqamətdə irəliləməyə çalışırıq. Hazırda komanda daha çox Bundesliqaya fokuslanıb”.
Aut.az
