Almaniya

Karyerası ilə bağlı mühüm qərar verdi

“Borussiya Dortmund”un müdafiəçisi Mats Hummels bu mövsümdən sonra oynamaq fikrində deyil.

Aut.az xəbər verir ki,  35 yaşlı futbolçu karyerasını başa vurmağa hazırlaşır. Bu barədə “Bild” məlumat yayıb.

Mənbə iddia edir ki, Hummels daha komandaya töhfə verə bilməyəcəyini düşünür. Matsın bu səbəbdən Dortmund təmsilçisi ilə 2024-cü ilin iyununa qədər qüvvədə olan sözləşmə başa çatdıqdan sonra karyerasının başa çatdığını elan edəcək.

Aut.az