Almaniyaİspaniya

“Bavariya”nın müqavilə təklifini rədd etdi: “Real”a keçir

“Bavariya”nın 24 yaşlı müdafiəçisi Alfonso Devis Münhen klubu ilə müqaviləsini yeniləməkdən növbəti dəfə imtina edib.

Aut.az xəbər verir ki, kanadalı futbolçu gələn yay azad agent kimi “Real”a keçəcək. Tərəflər arasında razılaşma demək olar ki, tam başa çatıb. Yalnız kiçik detallar barədə razılığa gəlmək qalır. Bu barədə “Relevo” məlumat yayıb.

Alfonso Devis 2019-cu ildə “Vankuver”dən “Bavariya”ya keçib. Bu müddət ərzində o, Almaniya klubunun heyətində bütün turnirlərdə 210 oyun keçirib, 11 qol vurub və 34 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Aut.az