PSJ “Barselona”nın futbolçusunun “saqqızını oğurladı”
PSJ “Barselona”nın yarımmüdafiəçisi Pedro (Dro) Fernandesin qış transfer pəncərəsində keçidi ilə bağlı prinsipial razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
18 yaşlı futbolçu şəxsən Paris klubuna qoşulmaq istədiyini bildirib. Onun bu qərarında əsas amil PSJ-nin baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında işləmək imkanı olub.
Dro üçün sərbəstqalma məbləği 6 milyon avrodur. Futbolçunun transferində həmçinin “Çelsi”, “Mançester Siti” və Dortmund “Borussiya”sı maraqlıdır.
Aut.az
