Tennis

Federar oyun vaxtı onu tribunada gördü və…

Serbiyalı tennisçi, dünya reytinqində 4-cü yerdə qərarlaşan və Böyük Dəbilqə turnirlərinin 24 qat qalibi Novak Cokoviç əfsanəvi isveçrəli tennisçi Rocer Federerinin yoldaşlıq matçını izləyib.

Aut.az xəbər verir ki, görüş Melburnda baş tutub. Federer bu oyunda amerikalı Andre Aqassi ilə cütlükdə Avstraliya dueti Leyton Hyuitt və Patrik Rafterə qarşı mübarizə aparıb.

Görüşün bir epizodunda Federer tribunaya yaxınlaşaraq keçmiş rəqibi Novak Cokoviçi salamlayıb.

Qeyd edək ki, Federer karyerası ərzində Böyük Dəbilqə turnirlərində 20 titul qazanıb.