Tennis

ABŞ-da daha bir şok sensasiya: Əsas favoriti məğlub etdi

Serbiyalı tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatının dördüncü mərhələsinə yüksələ bilməyib.

Aut.az xəbər verir ki, onun rəqibi avstraliyalı Aleksey Popırin olub. 3 saat 20 dəqiqə davam edən görüş 4:6, 4:6, 6:2, 4:6 hesabı ilə başa çatıb.

Dördüncü turda Popırin amerikalı Frensis Tiafoya qarşı oynayacaq.

Bir gün əvvəl, 1/32 final mərhələsində turnirin digər favoriti Karlos Alkaras da Botik van de Zandşulp tərəfindən sensasiyalı şəkildə mübarizədən kənarlaşdırılmışdı.

Aut.az