Ronaldo “Əl-Nəsr”ə belə təşəkkür etdi – FOTO
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna təşəkkür edib.
Ronaldo sosial şəbəkədə şəkil paylaşaraq “Hər an üçün minnətdaram” yazıb.
Xatırladaq ki, portuqaliyalı forvard 2023-cü ilin yanvarında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.
Hazırkı klubunda futbolçu bütün turnirlərdə ümumilikdə 43 oyun keçirib, 37 qol vurub və 13 məhsuldar ötürmə verib.
Aut.az
