İngiltərə

MY üçün yeni baş məşqçi seçimində əsas meyar bu olacaq

“Mançester Yunayted” yayda yeni baş məşqçi təyin etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “The Telegraph”-ın məlumatına görə, klub tələsməyəcək. “Qırmızı şeytanlar”ın yeni çalışdırıcı axtarışı 2026-cı il dünya çempionatının sonuna qədər uzana bilər. Bu səbəbdən milli komandalarla çalışan mütəxəssislər də nəzərdən kənarda qalmır. Söhbət Karlo Ançelotti, Yulian Naqelsmann, Maurisio Poçettino və Tomas Tuxel kimi adlardan gedir.

Mənbənin yazdığına görə, “Mançester Yunayted” üçün yeni baş məşqçi seçimində əsas meyar təzyiqə davam gətirmək bacarığı olacaq.

Xatırladaq ki, ilin əvvəlində Ruben Amorim klubdan ayrılıb. Bundan sonra komandanı bir neçə oyun ərzində Darren Fletçer çalışdırıb. Bu yaxınlarda isə mövsümün Maykl Kerrikin rəhbərliyi altında başa çatacağı açıqlanıb.

Aut.az