“Çelsi” ona görə 78 milyon avro ödəməyə hazırdır
“Çelsi” Ukrayna millisinin və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Georgi Sudakovun transferində maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “zadəganlar” 22 yaşlı yarımmüdafiəçi üçün 78 milyon avro ödəməyə hazırdılar.
2024/2025 mövsümündə Georgi Sudakov bütün turnirlərdə 11 matçda iştirak edib, 7 qol və 2 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, 22 yaşlı ukraynalı yarımmüdafiəçinin hazırkı transfer dəyəri 35 milyon avrodur.
Aut.az
