Alonso yalnız Qvardioladan geri qaldı
“Bayer”ə rəhbərlik edən ispan mütəxəssis Xabi Alonso baş məşqçi kimi Almaniya Bundesliqasında keçirdiyi 75 matçın 50-də qalib gəlib.
Aut.az xəbər verir ki, yalnız “Bavariya”nın keçmiş baş məşqçisi Pep Qvardiola Almaniya çempionatında 50 qələbə həddinə daha tez (61 matç) çatıb. Bu barədə “Opta Sport” məlumat yayıb.
Dünən, dekabrın 21-də Almaniya Bundesliqasının 15-ci turunun matçında Leverkuzen klubu “Frayburq”u 5:1 hesabı ilə məğlub edib. Almaniya çempionatının 15 oyunundan sonra Xabi Alonsonun yetirmələri 32 xal toplayıb və lider “Bavariya”dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nın baş məşqçisi olub.
Aut.az
