Almaniya

Əfsanəni transfer etmək istəyən 5 klubun adı açıqlandı

Beş klub mövsümün sonunda “Bavariya”dan ayrılacaq əfsanəvi yarımmüdafiəçi Tomas Mülleri transfer etməkdə maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə Kristian Falk məlumat yayıb.

Onun sözlərinə görə, onlardan yalnız biri Avropa təmsilçisidir. Söhbət İtaliyanın “Fiorentina” klubundan gedir.

35 yaşlı əfsanəini Braziliyanın “İnternasional” və MLS-in üç klubu – “Los Anceles”, “San Dieqo” və “Sinsinyati” də heyətində görmək istəyir.

Xatırladaq ki, Müller bu yay klublararası dünya çempionatından heyətində çıxış etdikdən sonra “Bavariya”dan azad agent kimi ayrılacaq.

Aut.az