Huşunu itirən qapıçı məşqlərə qayıdır
“Milan”ın qapıçısı Mayk Maynyan “Udineze” ilə matçda aldığı zədədən sonra məşqlərini bərpa edib.
Aut.az xəbər verir ki, bu barədə ESPN klub nümayəndələrinə istinadən məlumat yayıb.
Fransız futbolçu bütün lazımi testlərdən keçib. Bundan sonra həkimlər ona tam məşq etməyə icazə veriblər.
Xatırladaq ki, Maynyan komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Fransız qapıçı huşunu itirdiyindən onu meydançadan xərəkdə aparıblar.
2024/25 mövsümündə qapıçı bütün turnirlərdə 45 oyun keçirib, 52 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Aut.az

