Bu sözlərdən sonra onu dərhal satardım – Kapello kimi deyir?
“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello bu yaxınlarda yeni klub axtardığını açıqlayan Rafael Leao haqqında fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Kapellonun sözlərinə görə, belə bir açıqlamadan sonra o, oyunçunu dərhal və gecikmədən satardı.
“Milan belə bir etirafdan sonra nə etməlidir? Cavab sadədir – onu dərhal satmaq. O, artıq “Milan” çempionluğu qazandığı zamankı oyunçu deyil. Böyümək istəyini və sürətini itirib. Əvvəllər o, əvəzedilməz idi, amma təəssüf ki, artıq belə deyil”, – “pianetamilan.it” Kapellodan sitat gətirib.
Xatırladaq ki, portuqaliyalı hücumçu 2019-cu ildən hazırkı klubunda oynayır.
Aut.az
