Türkiyəİtaliya

“Fənərbağça” “Milan”ın ulduzunu hədəfə aldı

“Fənərbağça” klubu 2026/2027 mövsümündə Superliqa çempionluğu uğrunda mübarizə üçün heyətini ulduz futbolçularla gücləndirmək istəyir.

Aut.az xəbər verirk i, Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi “Milan”da çıxış edən 26 yaşlı portuqaliyalı cinah oyunçusu Rafael Leaonu diqqətdə saxlayır. Xəbərdə qeyd olunur ki, A Seriyası təmsilçisi futbolçu üçün 50-60 milyon avro aralığında gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Leaonun nümayəndələri isə Avropanın aparıcı liqalarından konkret təkliflər gözləyirlər. Portuqaliyalı futbolçu ilə “Mançester Yunayted”, PSJ və “Çelsi”nin də maraqlandığı bildirilir.

Rafael Leaunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 65 milyon avro təşkil edir.