İtaliya

Kapello üsyan etdi: Onun hərəkəti iyrənc idi

Məşhur italyan mütəxəssis Fabio Kapello “Yuventus”un müdafiəçisi Pyer Kalulyunun “İnter”ə qarşı oyunda (2:3) qırmızı vərəqə almasını şərh edib.

Aut.az xəbər verir ki, o, Milan komandasının müdafiəçisi Alessandro Bastoninin davranışını sərt tənqid edib:

“Bastoni İtaliya millisinin oyunçusudur və belə davranmamalıdır. Onun simulyasiya ilə hakimi aldatmasını görmək iyrənc idi. Həmçinin “İnter”in baş məşqçisi Kristian Kivunun sözləri məni məyus etdi. Belə təəssürat yarandı ki, o, öz oyunçusuna haqq qazandırır”

Bu qələbədən sonra “İnter” A Seriyasının turnir cədvəlində liderliyini möhkəmləndirib, “Yuventus” isə beşinci pillədə qərarlaşıb.

Aut.az