İngiltərə

Zaniolo “Aston Villa”da

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Qalatasaray”dan Nikolo Zaniolonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtalyan yarımmüdafiəçi 2024-cü ilin yayına qədər icarə əsasında İngiltərə klubunda çıxış edəcək. “Aston Villa” mövsümün sonunda Zaniolonun transfer hüquqlarına sahib ola bilər.

24 yaşlı futbolçu bu ilin fevralından “Qalatasaray”da forma geyinirdi.