Haaland Qvardiola ilə necə yola gedir?
“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandanın baş məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında necə çalışdığı barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Haaland “TNT Sports”a verdiyi müsahibədə deyib:
“Ətrafımdakı yaxşı insanlardan danışanda təkcə dostlarımı və ya ətrafımdakıları deyil, klubdakı hər kəsi nəzərdə tuturam. Bu qədər əla insanın olduğu bir komandada və hər gün inkişaf etməyə motivasiya verən Peplə birlikdə olduğum üçün şanslıyam.
Artıq üç il yarımdır ki, Pep ilə işləyirəm. Bu, gözəl bir dövr idi və hər kəs nələrə nail olduğumuzu bilir. Bundan sonra nə baş verirsə versin, yenə də irəliləməyə davam etməliyik.
Mən özümdən daha çox şey tələb etməli və başqalarının inkişaf etməsinə kömək etməliyəm”.
Aut.az
