İngiltərə

İli başa vurdu

“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

Aut.az xəbər verir ki, bu barədə “mahmızlar”ın baş məşqçisi Ange Postekoqlou məlumat verib:

“O, topuğundan ciddi zədə alıb və müayinəyə göndərilib. O, bir müddət, bəlkə də yeni ilə qədər meydanlardan uzaq qalacaq”.

Qeyd edək ki, Meddison bu mövsüm 12 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib

Aut.az