“Barselona” ter Ştegenlə bağlı bu qərarı verdi – RƏSMİ
“Barselona” qapıçı Mark-Andre ter Ştegeni müvəqqəti olaraq kapitanlıqdan uzaqlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, klubun rəsmi bəyanatında bildirilir:
“Futbolçu Mark-Andre ter Ştegenə qarşı başladılmış intizam işi çərçivəsində və bu məsələyə yekun qərar verilənədək, İdman Direktorluğu və məşqçilər heyəti ilə qarşılıqlı razılıq əsasında oyunçunun əsas komandanın kapitanı statusu müvəqqəti olaraq dayandırılıb”.
Bu müddətdə əsas komandanın yeni kapitanı kimi müdafiəçi Ronald Arauxo təyin olunub.
Hadisəyə səbəb isə Ştegenin La Liqanın tibbi komissiyası üçün zədə ilə bağlı hesabatı imzalamaqdan imtina etməsidir. Klub yay transferlərini qeydiyyatdan keçirmək üçün turnirin qaydalarındakı xüsusi bənddən yararlanmaq istəyirdi. Bu isə yalnız o halda mümkündür ki, futbolçunun bərpa müddətinin azı 4 ay davam edəcəyi rəsmən təsdiqlənsin.
Aut.az
