Daha bir Avropa çempionunu transfer edirlər
“Atletiko Madrid”in qısa transfer siyahısında Səudiyyə Ərəbistanında oynayan ispaniyalı müdafiəçisi Aymerik Laport da var.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı futbolçu İspaniyaya qayıtmaq üçün maaşının azaldılmasına hazırdır.
2023/24 mövsümündə Aymerik Laport klub səviyyəsində 40 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı 2024-cü il Avropa çempionunun dəyərini 20 milyon avro qiymətləndirib.
“Atletiko” daha əvvəl Avro-2024-ün qalibi Robin Le Normand ilə müqavilə imzalayıb.
Aut.az
