İspaniya

Prokurorluq tələb etdi: Ançelottiyə 5 il həbs cəzası verilsin

İspaniya Dövlət Prokurorluğu iki vergi cinayəti törətdiyinə görə “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin cəzasının 5 ilə qədər artırılmasını istəyib.

Aut.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ittiham tərəfi hesab edir ki, italyan məşqçi gəlirlərini imic hüquqlarından gizlədib. Onun Britaniyanın Virciniya adalarından olan bir şirkət vasitəsilə imic hüquqları üçün “Los Blancos”dan 2 milyon avrodan çox pul aldığı vurğulanır. Ançelotti bu şirkət vasitəsilə daha bir neçə müqavilə bağlayıb.

İttiham tərəfinin qeyd etdiyi kimi, Ançelotti 2014-cü ildə 386,3 min avro, 2015-ci ildə isə 675,7 min avro məbləğində vergi saxtakarlığı edib.

Aut.az