Kurban Berıdyevin psixoloqa ehtiyacı var, yoxsa…
Əhli-Azərbaycan 70 yaşlı Santuşun Azərbaycan millisinə baş məşqçi gətirilməsini müzakirə edir, deyinir, asıb-kəsir.
Bu həngaməyə başımız qarışınca, 72 yaşlı (avqustun 25-də tamam olacaq) Kurban Berdıyev də Tovuza gətirilib.
72 az yaş deyil. Allah ömür versin, amma bu yaşda qocalar çox kövrək olurlar. Lap uşaq kimi davranırlar. Tez-tez küsürlər.
Kurban Berdıyevin küsəyənliyi 2021-ci ildə “Kayrat”da işləyəndə başlayıb.
Ondan sonra heç bir komandada bir il duruş gətirməyib. “Kayrat”dan Təbrizin “Traktor”una gedib.
Dalı yel görməmiş Soçiyə qaçıb. Orada arxası stol görməmiş Dağıstana adlayıb.
Maxaçkala “Dinamo”sunda da 1-2 ay duruş gətirib.
İndi də Azərbaycanın ucqar rayonuna üz tutub.
Hiss olunur ki, adamın ciddi psixoloji problemi var. Ola bilsin ki, qocalıq sindromu yaşayır.
Həkimlər deyir ki, qocalıq sindromu üçün ən uyğun müalicə effekti təbiət qoynudur.
Bu baxımdan Tovuz onun üçün məqbul variantdır. Görək nə qədər duruş gətirəcək.
Yəni 70 yaşlı Santuşu Azərbaycan millisinə gətirənlər tək deyillər futbolumuzda. Rövşən Nəcəf 70 yaşlı əcnəbi gətirər, Ehtiram Quliyev 72 yaşlı.
Yəni onlar – belə idarəçilər Azərbaycan futbolunun hər yerindədirlər, türkün məsəli. Elə pərçim olublar ki…
Natiq Muxtarlı
