Dünya futbolu

Mourinyonun başına iş gəlib: Az qala ayağımı sındıracaqdım

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”də işlədiyi vaxt paltardəyişmə otağında başına gələnlərdən danışıb.

Aut.az xəbər verir ki, Mourinyo az qala ayağını sındırmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

“Soyunub-geyinmə otağında başıma gələn hadisələrdən biri: az qala “Stamford Bric”də ayağımı sındıracaqdım. Paltardəyişmə otağında masaj masasına təpik vurdum. Amma çox sərt alındı. Ayağımı hiss etmədim, az qala sındıracaqdım (gülür)”, – Mourinyo “TNT Sports”a deyib.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”ni çalışdırıb və komanda ilə 3 dəfə Premyer Liqa çempionu olub.

Aut.az