Dünya futbolu

Superkubokun formatı dəyişir

UEFA yeni mövsümdən Superkubokun formatını dəyişə bilər.

Aut.az xəbər verir ki, qitənin ali futbol qurumu titul uğrunda mübarizəni turnir formatında keçirmək istəyir. Yarışda 4 komandanın iştirak edəcəyi gözlənilir.

Bu variant təsdiq olunarsa, o zaman təkcə Çempionlar Liqası və Avropa Liqasının qalibi deyil, həm də Konfrans Liqasının qalibi də mübarizə aparacaq. 4-cü komandanın hansı üsulla seçiləcəyi bəlli deyil.