Dünya futbolu

Milli üzvü Niderlandda növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I Liqasında növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Utrext”in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Matç “Eyndhoven”in qələbəsiylə başa çatıb – 3:0.

Ozan bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Ozan 11-ci dəqiqədə komandasının ilk qolunu vurub.

“Eyndhoven” 31 turdan sonra 37 xalla 14-cü sıradadır.