Dünya futbolu

 “Lipa” qalmaqalı: Bu ölkədə 62 futbolçu cəzalandırıldı

Kamerun Futbol Federasiyası 62 futbolçunu həqiqi yaşlarını gizlətdiklərinə görə cəzalandırıb.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Cəzalı futbolçular siyahısına son Afrika Millətlər Kubokunda Kamerun millisinin heyətində çıxış edən, lakin oynamayan 17 yaşlı yarımmüdafiəçi Vilfrid Natan Duala da daxil edilib.

“Viktoriya Yunayted”də oynayan Dualanın əsl yaşı barədə yalan danışdığı bildirilir və bu, oyunçunun Kamerun çempionatının pley-off mərhələsindən kənarlaşdırılmasına səbəb olub.

Yaş saxtakarlığı Afrika futbolunda çoxdankı problemdir.

Aut.az