Digər

İtaliya yollarında yeni “Lamborghini” göründü – VİDEO

Sant-Aqata Boloneze yollarında kamuflyaj rəngli yeni “Lamborghini” idman avtomobili görünüb.

Aut.az xəbər verir ki, avtomobil “Huracan” modelinin davamçısı və hibrid mənşəli olacaq.

Yeni avtomobilin profili konturuna görə “Huracan”a bənzəyir, lakin arxa hissəsi fərqli dizayna malikdir. Ehtimal olunur ki, yeni məhsulun xarici görünüşü ötən il təqdim edilən “Revuelto”nun elementlərini də əks etdirəcək. Avtomobilin kapotunun altında V8 hibrid mühərrikinin olacağı və turbinlərin yalnız 7000 rpm-ə çatdıqdan sonra birləşdiriləcəyi gözlənilir. Mütəxəssislər həmçinin bu mühərrikin “Huracan”da quraşdırılmış V10-dan daha güclü olacağını bildirilər.

Müqayisə üçün qeyd edək ki, “Revuelto”nun hibrid V8-i 1015 at qüvvəsi, “Huracan”ın V10-u isə 610 at gücündədir.

“Huracan”ın varisinin rəsmi premyerası bu il gözlənilir.

Aut.az