Dünya futbolu

“Barselona” “Vissel Kobe” ilə qarşılaşacaq

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Andres İnyestanın formasını geyindiyi Yaponiya təmsilçisi “Vissel Kobe” ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki, qarşılaşma mövsümlərarası təlim-məşq toplanışı zamanı təşkil olunacaq.

La Liqanın son tur matçının ardından Asiya turnesinə çıxacaq kataloniyalılar “Vissel Kobe” ilə iyunun 6-da Tokiodakı 80 000 tamaşaçı tutumuna malik Milli Stadionda üz-üzə gələcək.

Qeyd edək ki, Andres İnyesta 2002-2018-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb. 39 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Vissel Kobe”nin formasını geyinir.