İtaliya

Buffon millinin yeni baş məşqçisi haqda: İnanıram ki, ən yaxşı seçimi etdik

Canluici Buffon bildirib ki, Cennaro Qattuzo ilə demək olar ki, razılıq əldə olunub.

Au.az xəbər verir ki, “Milan”ın sabiq çalışdırıcısının İtaliya millisinin baş məşqçisi təyin olunmağa yaxın olduğu bildirilir.

“Çalışdıq, işlədik və son detalları gözləyirik. Federasiyada gərgin günlərimiz oldu.

İnanıram ki, sonda ən yaxşı seçimi etdik. Qaranlıq zamanlardan sonra həmişə başladığımız yerdən başlayırıq.

Həqiqətən vacib olan İtaliyaya yaraşmayan biabırçılığın qarşısını almaqdır. İndi hər hansı bir rəqibə qalib gəlmək çətindir, lakin müəyyən mənada məğlubiyyətlə məğlubiyyət arasında fərq var. Düzəlişlər edilə bilər”, – deyə İtaliya nümayəndə heyətinin rəhbəri bildirib.

Aut.az