İtaliya

İtaliya çempionu karyerasını başa vurdu

Danimarkalı müdafiəçi Simon Kyaer futbolçu karyerasını başa vurub.

Aut.az xəbər verir ki, 35 yaşlı danimarkalı bunu özü açıqlayıb.

“İndi bu fəsli bağlamağın vaxtıdır. Keçən il Avropa çempionatından əvvəl bu qərarı düşündüm. Bundan sonra nə olacağını görmək üçün bir çox səbəb var idi, amma heç nə alınmasa, mən dayanacağam”, – deyə Simon TV 2-yə bildirib.

Kyaerin karyerasındakı son klubu keçən yay müqaviləsi başa çatdıqdan sonra tərk etdiyi “Milan” olub. “Qırmızı-qaralar”la birlikdə müdafiəçi 2021/22 mövsümündə İtaliya çempionu olub. Bundan əvvəl “Atalanta”, “Sevilya”, “Fənərbaxça”, “Lill”, “Roma”, “Volfsburq”, “Palermo” və “Midtyulland”da da çıxış edib.

Milli səviyyədə Kjær Danimarka millisinin heyətində 132 oyuna çıxıb, 5 qol vurub. O, 2020-ci il Avropa çempionatının bürünc mükafatçısıdır.

Aut.az