“Milan” “Bavariya”ya qiymət oxudu: 80 milyon
“Milan” 26 yaşlı sol cinah müdafiəçisi Teo Hernandeslə 80 milyon avroya ayrılmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “rossoneri” fransalı müdafiəçi ilə bağlı vəziyyəti həll etmək istəyir, çünki o, “Milan”dan maaşının illik 4 milyon avrodan 8 milyon avroya qədər artırılmasını tələb edir. İtaliya klubu Hernandezin istəklərini təmin edə bilmir. Bununla belə, “Bavariya” onunla ciddi maraqlanır.
Xatırladaq ki, bu mövsüm Hernandes bütün turnirlərdə 46 matçda iştirak edib, 5 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Aut.az
