Türkiyə

Mərakeş yığmasının  hücumçusu “Fənərbağça”da – RƏSMİ

Mərakeş millisinin 27 yaşlı hücumçusu Yussef En-Nəsiri  “Fənərbağça”nın futbolçusu olub.

Aut.az xəbər verir ki, Yussef əvvəllər “Sevilya”da çıxış edib.

Türkiyə komandası futbolçu ilə 5 illik müqavilə imzalayıb. Daha əvvəl bildirilmişdi ki, “Fənərbaxça” onun üçün 20 milyon avro xərcləyib.

Futbolçu 2020-ci ildən “Sevilya”da çıxış edirdi. Hücumçu ötən mövsüm ispanların heyətində bütün turnirlərdə 41 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.

Mərakeş yığmasının  hücumçusu “Fənərbağça”da – RƏSMİ

Aut.az