Dünya futboluTürkiyə

“Beşiktaş” “Real”ın sabiq ulduzunu istəyir: Danışıqlar başlayıb

Türkiyənin “Beşiktaş” klubu “San-Paulo”nun hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqeslə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu italyan insayder Nikolo Şira məlumat verib.

Artıq klublar arasında danışıqlar başlayıb. Ancaq 32 yaşlı kolumbiyalını transfer etmək “Beşiktaş” üçün asan olmayacaq, çünki “San-Paulo” onu satmaq istəmir. Türkiyədə transfer pəncərəsi fevralın 9-da bağlanır.

Rodrigesin “San-Paulo” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir.

Aut.az