Türkiyə

“Qalatasaray”ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? – FOTOLAR

“Qalatasaray”ın futbolçusu Lukas Torreyra diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin adı Türkiyənin məşhur aktrisalarından biri olan Devrim Özkanla yanaşı çəkilir. Onların gizli eşq yaşadığı iddia olunur. Tez-tez bir yerdə görünmələri və birgə fotolarının sayının çoxalması Lukasla Devrimin bir arada olması ilə bağlı informasiyaların çoxalmasına səbəb olub.

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR

Devrim Özkan baş verənlərə sosial şəbəkədə paylaşım etməklə reaksiya verib: “Həyatımdakı tək şey işimdir və sadəcə işimlə çox xoşbəxtəm. Başqa bir sözüm yoxdur”. O, daha sonra futbolçunu “Instagram”dan izləmədən çıxarıb.

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR

Özkanın bu hərəkətindən sonra Lukas ağlamaq smaylını paylaşıb. Ardınca isə Torreyranın “Twitter” səhifəsində “Devrim Özkanı sevirəm” sözlərini yazıb. Postlar sonradan silinib.

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR

Uruqvaylı ulduz verdiyi açıqlamada hesabının oğurlandığını və paylaşımları özünün etmədiyini bildirib. Ancaq izləyiciləri onun bu açıqlamasına inanmayıb.

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR

"Qalatasaray"ın legioneri məşhur türk aktrisa ilə eşq yaşayır? - FOTOLAR