Ulduz futbolçu “Qalatasaray”a qarşı oynamayacaq
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın əsas qapıçısı Alisson Bekkerin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la ilk oyunundan əvvəl zədələndiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Mersisayd təmsilçisinin çalışdırıçısının sözlərinə görə, braziliyalı qapıçı məşqdə iştirak edib, lakin prossesin sonuna yaxın narahatlıq hiss edib.
“Alisson məşqdə idi, amma məşqin sonuna doğru xoşagəlməz bir şey hiss etdi. Biz qərara gəldik ki, o, oyunda iştirak edə bilməyəcək”, – deyə Arne Slot mətbuat konfransında bildirib.
Məşqçi əlavə edib ki, zədə böyük ehtimalla ciddi deyil: “Onun artıq bazar günü meydana qayıtmaq şansı var. Bunun ciddi bir problem olacağını düşünmürük”.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” və “Qalatasaray” arasında ilk oyun bu gün keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
