Cerrard ulduz futbolçunu bu addımına görə qınadı: Sən nə etdin?
“Liverpul”un əfsanəsi Stiven Cerrard Trent Aleksander-Arnoldun “Real”a keçidindən danışıb.
Aut.az xəbər verir ki, “qırmızılar”ın əfsanəvi kapitanı ingilis futbolçunu bu addımına görə tənqid edib:
“Mən onun yerində olsaydım, belə etməzdim. Düşünürəm ki, o, çox böyük riskə getdi. O, inanılmaz dərəcədə yaxşı futbolçudur, çox istedadlıdır. Mənim gördüyüm ən yaxşı ötürmə ustalarından biridir. “Liverpul”u tərk edərək, orada keçirdiyi ən yaxşı illərdən sonra yeni müqavilə təklifini qəbul etməyib və riskə gedib. İndi o, bu risklə yaşayır. Ümid edirəm ki, bu, onun xeyrinə olacaq, çünki mən bu oğlanı sevirəm. Dəli kimi sevirəm.
İndi isə “Liverpul” formasını çıxarıram və deyirəm ki, əgər sənin arxanca “Barselona” və ya “Real” gəlirsə, bu, istənilən futbolçunun başını qarışdırar. “Real” vaxtilə mənim də arxamca gəlmişdi, özü də Joze Mourinyo ilə birlikdə, ciddiyəm. Bu, həqiqətən başımı qarışdırmışdı. “Çelsi” məsələsində olduğu kimi böyük səs-küy yaratmadı və mövzu tez bağlandı.
Amma yenidən, “Liverpul” formasını geyinirəmsə, (Trentə müraciətlə) sən nə etdin? Sənin Avropanın ən güclü komandalarından birində oynayırsan. Siz elə titullar qazanırsınız ki, mən burada oturub hələ də onların xəyalını qururam. Siz Çempionlar Liqasını qazanırsınız, və sən həmin komandanın aparıcı oyunçularındansan. Azarkeşlər səni sevir. Bəs sən nə etdin?”
