“Barselona” onun qayıtdığını açıqladı
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq ümumi qrupla qismən məşqlərə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə İspaniya futbol klubunun rəsmi saytı məlumat yayıb.
De Yonq bu gündən komandanın məşqlərdən işitrak edib. O, bu zaman səhhətində heç bir problem yaşamayıb.
De Yonq aprelin 21-də “Real”la oyunda (2:3) ayaq biləyindən zədə alıb. Bu, niderlandlı əvvəlki topuq zədəsindən sağaldıqdan sonra üçüncü oyunu idi.
Cümə axşamı, sentyabrın 19-da “Barselona” Çempionlar Liqasının əsas mərhələsinə “Monako” ilə səfər matçı ilə başlayacaq. De Yonqun bu görüşdə iştirakı real görünmür.
Aut.az
