İngiltərəTürkiyə

Daha bir klub Osimhen uğrunda yarışa qoşuldu

İngiltərənim köklü klublarından biri olan “Nottingem Forest” hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhen üçün mübarizəyə qoşulub.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “meşəbəyilər” 26 yaşlı futbolçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ-ni məğlub etmək üçün İtaliya klubuna 75 milyon avro ödəmək niyyətindədir.

Osimhenlə “Mançester Yunayted” və “Yuventus”un da maraqlandığı iddia edilir.

Qeyd edək ki, “Qalatasaray” Viktoru ötən ilin sentyabrında “Napoli”dən icarəyə götürüb. Bu mövsüm hücumçu bütün turnirlərdə 30 matçda 26 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az