İngiltərə

Yeni qayda: Əlavə dəqiqələr daha çox olacaq

Premyer Liqada oyuna əlavə edilmiş dəqiqələr daha çox olacaq.

Aut.az xəbər verir ki, bu barədə “TheGuardian” məlumat yayıb.

Qeyd edilir ki, vurulan qolu qeyd etməyə sərf olunan vaxt qarşılaşmaya əlavə olunacaq. Hakimlər qol vurulduqdan sonra oyunçuların keçirdikləri vaxtı dəqiq ölçəcəklər.

Cərimə zərbələrinə və cəza ilə bağlı oyunun dayandırılmasına sərf olunan dəqiq vaxt da nəzərə alınacaq.

Futbolçulara tibbi yardımın göstərilməsi də əlavə ediləcək vaxta təsir göstərəcək. Oyunçulara mümkün qədər meydandan kənarda köməklik göstəriləcək. İstisna yalnız qapıçıların zədələnməsinə şamil ediləcək.

Aut.az