Mahir debüt etdi
Milli komandamızın üzvü Mahir Emreli bu gün “Konyaspor”un heyətində debüt edir.
Aut.az xəbər verir ki, “yaşıl-ağlar” bu dəqiqələrdə öz meydanında ikinci liqa təmsilçisi “Afyonspor”la yoxlama oyunu keçirir. “Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç 25 yaşlı hücumçuya start heyətində şans verib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Oyun qapalı keçir, stadiona mətbuat nümayəndələri və azarkeşlər buraxılmır.
