İtaliya

ŞOK: “Yuventus” dağılır, satışa çıxarıldı

İtaliyanın “Yuventus” klubu satışa çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə “İl Giornale” məlumat yayıb.

Mənbənin sözlərinə görə, məhkəmə çəkişmələri səbəbindən komandanın ciddi maliyyə problemləri var.

“Bu gün “Yuventus” açıq bir böhran içərisindədir, məhkəmə prosesinin mərkəzindədir: keçmiş prezident Andrea Anyelli Niderlanda köçüb və klub dağılmaq ərəfəsindədir”, – hesabatda qeyd olunur.

İyulun 28-də UEFA “Yuventus”u Avropa yarışlarından kənarlaşdırmaq qərarına gəlib. Maliyyə feyr-pley qaydalarını pozduğuna görə komanda 1 il Avropa turnirlərində iştirak edə bilməyəcək.

2022-ci ilin noyabrında Anyelli və “Yuventus” rəhbərliyinin əksəriyyəti istefa verdi. Onlar oyunçuların transfer dəyərini şişirtməkdə, işçilərin məsrəfləri ilə bağlı məlumatları aşağı salmaqda və oyunçuların maaşlarının həqiqi məbləğini gizlətməkdə günahlandırılıblar.

Aut.az