İtaliya

“İnter”in ulduzunu qarət etdilər: Görün nələr oğurlayıblar

“İnter”in və İtaliya millisinin ulduz müdafiəçisi Alessandro Bastoni oğurluğun qurbanı olub.

Aut.az xəbər verir ki, bu barədə “Ansa” məlumat yayıb.

Cinayət noyabrın 5-də axşam saatlarında baş verib. Beş cinayətkar onun Kastelli Kalepio (Berqamo əyaləti) şəhərindəki evinə soxulublar. Onlar saatlar, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar oğurlayıblar.

Həmin vaxt evdə nə Bastoni, nə də ailəsi yox idi: futbolçu Çempionlar Liqasının dördüncü turunda “Kayrat”la 2:1 hesabı ilə qalib gəldikləri oyunda olub. Polis artıq araşdırmalara başlayıb və hazırda müşahidə kameralarının görüntüləri araşdırılır.

Bu mövsüm Bastoni “İnter”in heyətində bütün turnirlərdə 12 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir və transfer dəyəri 80 milyon avro qiymətləndirilir.

Aut.az