İtaliyaAvropa Çempionatı

İtaliya millisinin düşərgəsində sərt qaydalar: Görün nələr qadağan edilib

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandanın futbolçuları üçün Avropa çempionatı ilə əlaqədar bir sıra sərt qaydalar tətbiq edib.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, təcrübəli mütəxəssis komandaya mobil telefonlardan istifadə ilə bağlı məhdudiyyət tətbiq edib. Futbolçular elektron cihazlardan yalnız nahar və şam yeməyindən əvvəl istifadə edə biləcəklər.\Digər vaxtlarda isə bu qadağandır. Komandada qulaqcıqdan istifadə də tamamilə qadağandır.

Konsol oyunlarına isə gecə yarısından gec olmayaraq icazə verilir. Komandada zarafat həddi aşılmamalıdır və bu konsentrasiyaya təsir etməməlidir.

Qeyd edək ki, italyanlar Avro-2024-də İspaniya, Xorvatiya və Albaniya ilə B qrupunda mübarizə aparacaq.

Aut.az