Avropa Çempionatı

Biletlər üçün müraciətə start verildi

Oktyabrın 3-də Avro-2024-ə biletlər üçün müraciətlərə start verilib.

Aut.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Müraciətlərin qəbulu oktyabrın 26-dək davam edəcək.

Dünyanın hər yerindən olan azarkeşlər UEFA-nın rəsmi bilet platforması vasitəsilə müraciət edə bilərlər .

3 oktyabr-26 oktyabr tarixində 1,2 milyondan çox biletin satılacağı gözlənilir. Ümumilikdə, 2,7 milyon biletin 80%-dən çoxu final mərhələsində iştirak edən komandaların azarkeşlərinə və neytral auditoriyaya ayrılacaq.

Biletlərin mümkün qədər geniş azarkeş kütləsi üçün əlçatan olmasını təmin etmək üçün bir ərizəçi hər matç üçün maksimum dörd bilet üçün müraciət edə bilər.

Hər bir ərizəçinin gündə yalnız bir matç üçün bilet əldə etmək imkanı var. Biletlər ədalətli və şəffaf lotereya vasitəsilə paylanacaq. Müraciət edən hər kəs, 3 oktyabr – 26 oktyabr 2023-cü il tarixləri arasında göstərilən müddətdə nə vaxt müraciət etməsindən asılı olmayaraq, eyni müvəffəqiyyət şansına sahib olacaq.

Aut.az