Avropa Çempionatı

Avro-2024-ə ən çox bu iki klub futbolçu göndərib

Almaniyada keçiriləcək Avropa çempionatında “Mançester Siti” və “İnter”in futbolçularının təmsilçiliyi üstünlük təşkil edəcək.

Aut.az xəbər verir ki, hər iki klubu turnirdə 13 futbolçu təmsil edəcək.

Belə ki, ingilis komandasından Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Mateus Nunes (hamısı Portuqaliya), Kevin De Bruyne, Ceremi Doku (hər ikisi Belçika) Almaniyada Avropa çempionatı), Yoşko Qvardiol, Mateo Kovacic (hər ikisi Xorvatiya), Rodri (İspaniya), Manuel Akanji (İsveçrə) və Natan Ake (Niderland) Almaniyaya yollanıb.

Eyni zamanda, “İnter”i Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattesi, Matteo Darmian (hamısı İtaliya), Benjamin Pavard, Markus Tyuram (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfrus, Stefan de Vrij (hər ikisi Niderland), Kristjan Aslani (Albaniya), Yan Sommer (İsveçrə) və Marko Arnautovic (Avstriya) təmsil edəcək.

Qalan Avropa klubları arasında “Real” və PSJ (hər biri 12 oyunçu), “Barselona”, “​​Bayern” və “Leypsiq” (hər biri 11 oyunçu), “Arsenal” və “Bayer Leverkuzen” (hər biri 10 oyunçu), həmçinin “Liverpul “Yuventus”, “Roma” və  Slaviya” (hər biri 9 oyunçu) daha çox futbolçu ilə təmsil olunur.

Aut.az