Onun DÇ-yə getmək şansı yoxdur – Domenek “Siti”nin ulduzu haqda
“Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Şerkinin gələn yay Dünya Çempionatında oynamaq şansı yoxdur.
Aut.az xəbər verir ki, bunu Fransa millisinin sabiq baş məşqçisi Raymond Domenek deyib.
22 yaşlı Şerki 2025-ci ilin yayında 36,5 milyon avroya “Lion”dan “Mançester Siti”yə keçib.
O, “şəhərlilər”in heyətində 13 matçda dörd qol vurub və dörd məhsuldar ötürmə edib, lakin Domenekin Şerkinin gələn yay Dünya Kubokunda çıxış edib-etməyəcəyinə dair ciddi şübhələri var. Məşqçi “L’Equipe TV”də deyib:
“Maqnes Akliuş, Maykl Olise Kristofer Nkunku onun birbaşa rəqibləridir. Onun şansı yoxdur”.
Aut.az
