Avro-2024-ün ilk turunun simvolik komandası: Akaydın, Bellinqem…
“WhoScored” internet portalı Avro 2024-ün qrup mərhələsinin 1-ci turunun simvolik komandasını təqdim edib.
Aut.az xəbər verir ki, Niderland millisindən Kodi Qakpo 1-ci dövrənin ən yaxşı oyunçusu kimi tanınıb – o, 8,88 xal alıb. İkinci ən yüksək xal (8,83) İspaniya millisinin qapıçısı Unai Simona məxsusdur. Ümumilikdə turun komandasına üç ispan, iki alman və Türkiyə, İsveçrə, İngiltərə, Rumıniya, Niderland, Sloveniyanın hər birindən bir futbolçu daxil olub.

