Rusiya yığmasının sabiq üzvü “qara siyahı”ya salındı
Moskvanın CSKA və Rusiya millisinin sabiq yarımmüdafiəçisi Alan Dzaqoyev “Sülhməramlı” məlumat bazasına daxil edilib.
Aut.az xəbər verir ki, bu baza Ukraynada sanksiya tətbiq edilən şəxslərin qara siyahısının prototipidir (məsələn, ölkəyə giriş qadağandır). Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər o siyahıya salınır.
Bu qərarı keçmiş futbolçunun oktyabrın 20-də Moskva yaxınlığındakı Domodedovoda Ukraynada döyüşən rus əsgərlərin uşaqları ilə birgə keçirilən “Qaliblər çempionatı” futbol festivalında iştirakı ilə əsaslandırılır. Saytın moderatorları Dzaqoyevin hərəkətlərini “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd” hesab edirlər.
Daha əvvəl məlum olmuşdu ki, “Sülhməramlı” bazasına CSKA və “Zenit”in menecerləri, məşqçiləri və futbolçuları da daxil edilib.
Aut.az
