İngiltərə

Qvardiolanın vecinə də deyil: Onun “Qızıl top”u alıb-almayacağı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”in hücumçusu Erlinq Haalandın “Qızıl top”u alma ehtimalı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “Manchester Evening News” sitat gətirib.

“Bəlkə də oyunçular bundan narahatdırlar, amma Erlinqin “Qızıl top”u qazanıb-qazanmayacağı bir an olsun vecimə deyil. Əhəmiyyətli odur ki, o, xoşbəxt və gülərüzdür”, – deyə Qvardiola bildirib.

Xatırladaq ki, norveçli hücumçu 2024-cü ildə “Qızıl top” mükafatına namizəddir. 2023-cü ildə bu mükafatın səsverməsində Haaland ikinci yeri tutub.

Aut.az